Daşkənddə keçiriləcək Kosmik Texnologiyalar Konfransı 2026 (STC 2026) çərçivəsində Azərbaycan aprelin 1-də milli kosmik sənayesinin inkişaf planlarına həsr olunmuş xüsusi təqdimat keçirəcək.
“İki sahil” forumun təşkilatçılarına istinadən xəbər verir ki, təqdimatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərkosmos" Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov keçirəcək.
Konfrans martın 30-da işə başlayacaq və üç gün davam edəcək.
Xatırladaq ki, STC 2025 Azərbaycanda keçirilib. Tədbir çərçivəsində "Azərkosmos" və "Stars International University" (Özbəkistan) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd təhsil, elmi tədqiqatlar və kosmik sənayenin inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandum həmçinin kosmik sahədə bilik və təcrübə mübadiləsini, eləcə də iqtisadi, sənaye, elmi-texniki və texnoloji qarşılıqlı fəaliyyətin, o cümlədən İKT sahəsində inkişafa dəstək verilməsini əhatə edir.
Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır
Orxan Zeynalov: Azərbaycan 2027-ci ilə qədər Serbiyanın qaz bazarının 20%-ni tuta biləcək
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib
AYİB 2025-ci ilin sonuna Azərbaycandakı layihə portfeli barədə məlumat təqdim edib