Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.
“İki sahil” xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 540,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çox) 19,1 ton (-34 %), Belarusdan 241 min ABŞ dolları dəyərində (+60 %) 33 ton (+57 %), Çindən 94,13 min ABŞ dolları dəyərində 8,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 47 min ABŞ dolları dəyərində (-4 %) 9,3 ton (-25 %), Qazaxıstandan 20,31 min ABŞ dolları dəyərində 1,88 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,02 ton) həyata keçirilib.
Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır
Orxan Zeynalov: Azərbaycan 2027-ci ilə qədər Serbiyanın qaz bazarının 20%-ni tuta biləcək
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib
AYİB 2025-ci ilin sonuna Azərbaycandakı layihə portfeli barədə məlumat təqdim edib