Dövlət proqram idarəetməsi üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib.
“İki sahil” xəbər verir ki,bunu qurumun icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib: "Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür.
Dövlət proqram idarəetməsi üzrə Mərkəz tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib".
Orxan Vahidoğlu, "İki sahil"
Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır
Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır