Kaliforniya qubernatoru Qevin Nyusom 2028-ci il ABŞ seçkilərində Demokrat Partiyasının prezidentliyə namizədi ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" (WP) qəzeti məlumat verib.
Məqalədə vurğulanıb ki, 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olması ehtimal olunan Nyusom ABŞ prezidenti Donald Trampın İsveçrənin Davos şəhərindəki çıxışını tənqid edərək, onu "təəccüblü dərəcədə darıxdırıcı" adlandırıb.
2025-ci ilin oktyabr ayında Nyusom qarşıdan gələn seçkilərdə ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Qubernator əlavə edib ki, 2026-cı ilin noyabr ayında keçiriləcək ara seçkilərin nəticələrini gözləyir.
O, həmçinin özünü yeganə mümkün Demokrat namizəd kimi görmədiyini söyləyib.
Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb
"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək