19 yanvar 2026 12:22
137

Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"

Avropa İttifaqına üzv ölkələrin, o cümlədən “istəklilər koalisiya”ya daxil olan dövlətlərin liderləri ABŞ administrasiyasının rəhbəri Donald Trampın siyasətini qrup çatında müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrinə istinadla "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, həmin liderlər arasında Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts, Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Aleksandr Stubb, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yer alır.

Məqalədə qeyd olunur ki, onlar “bir-birilərinə davamlı şəkildə yazırlar” və çox vaxt eyni qrup çatında ünsiyyətdə olurlar. Nəşr vurğulayır ki, son bir il ərzində liderlər Trampın “dağıdıcı” hesab edilən addımlar atdığı hər dəfə bir-biri ilə əlaqə saxlamağı adət halına gətiriblər.

“Məsələlər sürətlə inkişaf edəndə koordinasiyanı qorumaq çətin olur və bu qrup çatı çox effektivdir”, — deyə mənbənin sözləri nəşrdə sitat gətirilir.