19 yanvar 2026 15:06
110

Putin Təhlükəsizlik Şurasının İCLASINI KEÇİRİB

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təhlükəsizlik sahəsində cari məsələləri və Rusiyanın çoxqütblü dünyanın qurulmasında iştirakını müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Putin bu barədə Təhlükəsizlik Şurası ilə keçirilən operativ müşavirənin əvvəlində məlumat verib.

“İki məsələ var: biri təhlükəsizlik sahəsində cari məsələlərlə bağlıdır, digəri isə çoxqütblü dünyanın qurulmasında bizim iştirakımız haqqındadır”, — deyə Vladimir Putin bildirib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edərək bu mövzu ilə bağlı öz mülahizələrini təqdim etməyi xahiş edib.