Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəzza üzrə "Sülh şurası"na daxil olmağa razılıq verib.
“İki sahil” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay bildirib.
Məlumata görə, Tokayev ABŞ Prezidenti Donald Trampdan Qəzza üzrə yaradılan Sülh şurasına daxil olmaq üçün rəsmi dəvət alıb, Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq təklif edilib.
"Bəli, Prezident Kasım-Jomart Tokayev Sülh şurasının tərkibinə daxil olmaq üçün rəsmi dəvət alan dünya liderlərindən biridir. Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq təklif edilib. Cavab olaraq dövlət başçısı ABŞ Prezidentinə səmimi təşəkkürünü bildirdiyi və bu yeni birliyə qatılmağa razılıq verdiyi məktub göndərib. Prezident Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək niyyətini təsdiqləyib", - o bildirib.
Məlumatın niyə daha əvvəl açıqlanmadığı barədə suala cavab olaraq prezidentin mətbuat xidmətinin nümayəndəsi izah edib ki, o Donald Tramp administrasiyasının rəsmi açıqlamasından əvvəl ictimai bəyanat verməyi qeyri-etik hesab edib.
"Ağ Evin rəsmi mövqeyini gözləməyin düzgün olduğunu düşündük. Lakin proses faktiki olaraq artıq başlayıb", - R.Jeldibay əlavə edib.
Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək