17 yanvar 2026 08:50
119

“ChatGPT” insan beyni ilə inteqrasiya oluna bilər

“ChatGPT” çatbotunu yaradan “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqələndirilməsini nəzərdə tutan mümkün layihədən bəhs edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Merge Labs” xəbər yayıb.

Bildirilib ki, şirkət tamamilə yeni tip beyin–kompüter interfeysi üzərində çalışır. Layihənin əsas məqsədi hər hansı cərrahi müdaxiləni istisna etməkdir.

Yeni texnologiya baş nahiyəsinə implant yerləşdirilməsini tələb etmir. Çiplərin elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlara bağlanacağı, məlumatın isə ultrasəs vasitəsilə qəbul və ötürüləcəyi qeyd olunub.