17 yanvar 2026 09:33
135

Astanada çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Astananın (Qazaxıstan) Almatı rayonunda yaşayış binasının 10-cu mərtəbəsində yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Heç bir itki qeydə alınmayıb.

Yanğınsöndürənlər yuxarı mərtəbələrdən səkkiz nəfəri və qonşu mənzildən iki uşağı təxliyə ediblər.

Bildirilib ki, yanğın tamamilə söndürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”