17 yanvar 2026 09:45
90

3.8 bal gücündə zəlzələ olub - Türkiyədə

Türkiyədə zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, Egey dənizində, İzmirin Çeşmə sahillərində baş verən 3.8 bal gücündə zəlzələnin dərinliyi 7 kilometr olaraq ölçülüb.

Zəlzələ yerli vaxtla saat 06:39-da baş verib.

Zəlzələ İzmir və ətraf şəhərlərdə hiss olunub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”