16 yanvar 2026 18:41
120

Hatəmi xalqa çağırış edib

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə iqtisadi çətinliklər səbəbindən başlayan və qanlı toqquşmalarla müşayiət olunan kütləvi etirazlarla bağlı rəsmi çağırış edib.

“İki sahil” xəbər verir ki, onun çıxışı “Tasnim” agentliyi tərəfindən dərc olunub.

Hatəmi bəyanatında ölkədəki böhranın dərinləşməsinə görə həm xarici sanksiyaları, həm də dövlətin struktur problemlərini günahlandırıb:

“Siyasi səhvlərin düzəldilməsi vacibdir. Çünki cəmiyyətin qütbləşməsinin qarşısını almaq üçün unudulmuş respublikaçılıq prinsiplərinə qayıtmaq ən faydalı çıxış yoludur. İsrail rəsmilərinin açıqlamaları və ABŞ-nin dəstəyi isə İrana qarşı böyük və planlaşdırılmış sui-qəsdin mövcudluğuna şübhə yeri qoymur”.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də Tehranda başlayan etirazlar fonunda İran hakimiyyəti yanvarın 8-dən etibarən internetə çıxışı tamamilə bloklayıb.