16 yanvar 2026 19:36
103

Rusiya Ukraynanın itkilərini açıqladı - 1423-cü gün

Rusiya müharibənin 1423-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 109 344 PUA-sı, 645 zenit-raket kompleksi, 27 154 tank və digər zirehli texnikası, 1 642 reaktiv yaylım atəş sistemi, 32 613 artilleriya və minaatanı, 51 993 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.