10 yanvar 2026 10:21
126

Vladanka Andreyeva diplomatik missiyasını Kambocada davam etdirəcək

BMT-nin Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Vladanka Andreyeva diplomatik missiyasını Kambocada davam etdirəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu fotonu 2021-ci ilin avqustunda Bakıdakı Heydər Əliyev Mərkəzində çəkmişdim - Pnompendən gəldikdən cəmi bir neçə həftə sonra. İki dünyanın bir araya gəlməsi: Bakının axıcı cizgiləri və Anqkor-Vatın sükunətini özündə saxlayan sakit qapı. İndi, Azərbaycandan Kambocaya köçərkən sanki evimə qayıdıram. Minnətdaram və həyatımın yeni fəslinə dolu ürəklə qədəm qoyuram", - o yazıb.

Xatırladaq ki, Vladanka Andreyeva 2021-ci ilin iyul ayından BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini tuturdu. Onun mandatı rəsmi olaraq 8 yanvar 2026-cı ildə başa çatıb.