11 yanvar 2026 01:36
147

ABŞ İrana mümkün zərbə ilə bağlı ilkin müzakirələr aparıb?

ABŞ Prezidenti Administrasiyasının rəsmiləri zərurət yaranacağı təqdirdə İrana zərbə endirilməsi imkanını ilkin müzakirəyə çıxarıblar.

“İki sahil” xəbər verir ki, bunu "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazıb.

Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və hər hansı planlaşdırmanın standart hissəsini təşkil edir.

Mənbələr qeyd ediblər ki, İrana yaxın zamanda hücum təhlükəsi yoxdur, ABŞ-ın İslam Respublikasına qarşı hərəkət kursu hələ razılaşdırılmayıb, zərbəyə hazırlıq üçün hərbi texnika və hərbçilər bölgəyə göndərilməyib.

Bundan əvvəl Donald Tramp bəyan edib ki, əgər İran rəhbərliyi etirazçıların həlak olmasına yol verərsə, ABŞ İslam Respublikasının rəhbərliyinə qarşı güclü zərbə endirə bilər.