10 yanvar 2026 08:52
151

Koreyalar arasında dron gərginliyi

Şimali Koreya şənbə günü Cənubi Koreyanın ötən ilin sentyabrında və bu həftənin əvvəlində dron hücumları ilə suverenliyini pozduğunu iddia edib.

İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Pxenyanın iddiasını rədd edərək, Cənubi Koreya ordusunun Şimalın iddia etdiyi tarixlərdə dronlardan istifadə etmədiyini bildirib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən 10 yanvar 2026-cı ildə yayımlanan fotoşəkildə Şimali Koreyanın 27 sentyabr 2025-ci ildə Cənubi Koreya tərəfindən göndərilən dron olduğunu iddia edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”