ABŞ Prezidenti Donald Tramp kredit kartı faiz dərəcələrinə bir il müddətinə 10 faiz məhdudiyyət qoyulmasını tələb edib.
“İki sahil” xəbər verir ki, Tramp bu məsələ ilə bağlı sosial media hesabında açıqlama bildirib.
ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyası dövründə kredit kartı şirkətlərinin 20-30 faiz və ya daha yüksək faiz dərəcələri tətbiq etməsinin geniş yayıldığını iddia edən Tramp bildirib: "Biz artıq Amerika xalqının kredit kartı şirkətləri tərəfindən “soyulmasına” icazə verməyəcəyik."
"20 yanvar 2026-cı ildən etibarən ABŞ Prezidenti olaraq kredit kartı faiz dərəcələrinə illik 10 faizlik məhdudiyyət qoyulmasını xahiş edirəm. Təsadüfən, 20 yanvar çox uğurlu Tramp administrasiyasının birinci ildönümünə təsadüf edir." - Tramp əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
ABŞ-ın xüsusi nümayəndəsi Suriya rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib