10 yanvar 2026 00:22
144

Hakan Fidan: İranın region ölkələri ilə normal münasibət qurması yaxşı olardı

İran İslam Respublikasının region ölkələri ilə normal münasibət qurması yaxşı olardı.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"in canlı efirində bildirib.

Hakan Fidan ABŞ ilə İran arasında nüvə danışıqları və Tehrana qarşı tətbiq olunan sanksiyalardan danışıb. O bildirib ki, İranla hər iki tərəfə sərf edən sazişin olması vəziyyətin normallaşmasına təkan verə bilər.

İrandakı etirazlara da toxunan H. Fidan qeyd edib ki, nümayişçilərlə ortaq məxrəcə gəlmək lazımdır.