Cənubi Koreya Prezidenti Li Cemyön gələn həftə Yaponiyanın Nara prefekturasında Yaponiya Baş nazirinin Sanae Takaiçi ilə görüşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi – Mavi Saray açıqlama yayıb. İki gün davam edəcək səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, regional və qlobal məsələlər müzakirə olunacaq. Bu, hər iki liderin son 3 ayda üçüncü görüşü, Li Cemyönün isə prezident vəzifəsində Yaponiyaya ikinci səfəri olacaq.
Prezident Li Cemyön 1910-1945-ci illərdə Koreyanın Yaponiyanın müstəmləkə hakimiyyəti altında olduğu dövrlə əlaqəli uzun müddətdir davam edən tarix problemlərini gözardı etmədən, Yaponiya ilə gələcəyə yönəlmiş münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Yaponiya hökumətinin katibi Minoru Kihara cari strateji mühitdə Cənubi Koreya ilə ikitərəfli münasibətlər, habelə ABŞ da daxil olmaqla üçtərəfli əməkdaşlıq daha əhəmiyyətli olub.
Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır