09 yanvar 2026 09:34
410

Əmək müqavilələrinin sayı artıb

Bu il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 895 378 olub.

“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 493 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 491 744 vahid artıb və 1 031 666 olub.