08 yanvar 2026 11:22
145

İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb, kül sütunu təxminən 7 yüz metr hündürlüyə qalxıb.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, vulkan yerli vaxtla saat 07:14-də püskürüb.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) əhaliyə partlayış mərkəzindən 13 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr aralıda qalmağı tövsiyə edib.