01 yanvar 2026 23:50
97

Əgər bunu etməsəydim, vəziyyətim daha yaxşı olardı - Tramp

ABŞ Prezidenti Donald Tramp həkimlərinin tövsiyə etdiyindən daha çox aspirin içir və bəzən onların məsləhətlərinə məhəl qoymur, bunu isə "yaxşı genetika" ilə əsaslandırır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Tramp nəşrə verdiyi müsahibədə etiraf edib ki, 25 ildir hər gün yüksək dozada aspirin qəbul edir və göyərmələrin yaranmasına baxmayaraq, dozanı azaltmır.

"Deyirlər ki, aspirin qanın durulaşması üçün yaxşıdır, mən isə istəmirəm ki, ürəyimdən tünd qan axıb keçsin", - Ağ Evin rəhbəri deyib. Dövlət başçısının həkimi Şon Barbabella təsdiqləyib ki, oktyabrda keçirilən KT müayinəsi ürək-damar sistemində heç bir problem göstərməyib.

Tramp həmçinin oktyabrda böyük tibbi müayinədən keçməsinə görə təəssüfünü bildirib. Onun sözlərinə görə, bu, rəqiblərinə sağlamlıq vəziyyətini tənqid etmək üçün "bir qədər silah" verib.

"Əgər bunu etməsəydim, vəziyyətim daha yaxşı olardı, çünki müayinə faktı insanlarda sual yaratdı: "Aman Tanrım, nəsə problem var?" Əslində, hər şey qaydasındadır", – deyə Tramp vurğulayıb.