01 yanvar 2026 23:35
94

İsveçrənin turizm mərkəzində baş vermiş faciədə ölənlərin sayı...

İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğın faciəsində azı 40 nəfər həlak olub, 115 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Vallis kanton polis idarəsinin rəhbəri Frederik Qisler təsdiqləyib. Hadisənin ölkənin ən tanınmış turizm regionlarından birində baş verdiyini nəzərə alaraq, ölən və yaralananların arasında turistlər çoxluq təşkil edir. İtaliya qurumlarının məlumatına görə, 15 İtaliya vətəndaşı itkin düşmüş şəxslər arasındadır.

Hazırda hadisənin səbəbləri barədə detalları geniş açıqlamayan polis partlayışın yanğın başladıqdan sonra baş verdiyini ifadə deyib.