Yeni il axşamı Perunun şimalında mədənçilərə naməlum şəxslərin hücumu nəticəsində azı üç nəfər həlak olub, daha yeddi nəfər isə itkin düşüb.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bunu Patas şəhərinin meri Aldo Marino bildirib.
Qeyd olunub ki, insident şimal-qərbdə yerləşən La-Libertad bölgəsinin Patas şəhərində baş verib. Hadisəni törətməkdə yerli cinayətkar qruplaşmanın üzvləri şübhəli bilinir. Onlar bu ərazidə nəzarətlərini genişləndirməyə çalışırlar.
Məlumata görə, həmin qruplaşma əvvəllər də dəfələrlə hücumlar təşkil edib.