ABŞ-də Zohran Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri kimi vəzifəsinin icrasına Qurana and içməklə başlayıb.
“İki sahil” xəbər verir ki, Yeni ilin erkən saatlarında Nyu-Yorkda, 1904-cü ildə tikilmiş və “City Hall Park”ın altındakı uzun müddətdir qapalı olan metrostansiyada Mamdaninin andiçmə mərasimi keçirilib.
Yalnız ailə üzvləri və yaxın dostların qatıldığı qapalı mərasimə Nyu-Yorkun baş prokuroru Letitia Ceyms rəhbərlik edib.