25 noyabr 2025 13:32
74

Ukrayna planı ilə bağlı Rubioya zəng edən kimlərdir?

ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Ukrayna planının təfərrüatları ictimaiyyətə açıqlandıqdan sonra qəzəblənən Avropa rəsmilərindən zənglər almaq məcburiyyətində qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrin istinadla məlumat yayıb.

Nəşr bildirib ki, Rubio qəzəbli Avropa rəsmiləri və qanunvericilərindən zənglər qəbul etmək məcburiyyətində qalıb.

Bir müddət əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ-ın Ukrayna nizamlanması planının əksər bəndlərinin razılaşdırıldığını təsdiqləyib.

Bir gün əvvəl ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlardan sonra yenilənmiş və yenidən işlənmiş sülh müqaviləsi layihəsini hazırlayıblar.

"Financial Times" mənbələrə istinadən bildirib ki, Kiyev və Vaşinqton nümayəndələri arasında Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ-ın Ukraynadakı münaqişənin həlli planı 28 bənddən 19 bəndə endirilib.