Ukrayna ilə bağlı danışıqlarda Fransa və Almaniyanın vasitəçiliyindən söhbət gedə bilməz.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Minsk prosesi Rusiya və Ukrayna arasında danışıqlar idi, onların fikrincə, Fransa və Almaniyanın vasitəçiliyi ilə aparılıb", - deyə Lavrov belaruslu həmkarı Maksim Rıjenkovla keçirdiyi mətbuat konfransında xatırladıb.
Nazirin sözlərinə görə, hazırkı vəziyyətdə Belarus və Türkiyə vasitəçi rolunu oynaya bilər.