25 noyabr 2025 13:58
79

Finlandiya Rusiya ilə sərhədi hasarlayır

Finlandiyanın şimal hissəsində Rusiya sərhədindəki hasarın tamamlanması 9 dekabrda qiymətləndiriləcək.

“İki sahil” xəbər verir ki,  "Yle" qəzetinin Laplandiya Sərhəd Mühafizəsinin nümayəndəsinə istinadla verdiyi məlumata görə, Laplandiyada Rusiya sərhədində ucaldılmış hasarın işi 9 dekabrda qəbul ediləcək.

"Finlandiyanın şərq sərhədində tikilən sərhəd hasarının son hissələri gələn yaya qədər tamamlanacaq", - deyə nəşr bildirir.

Laplandiya Sərhəd Mühafizəsinin məlumatına görə, struktur boyunca hər 20 metrdən bir kameralar və müşahidə postları quraşdırılacaq.

Hasarın 2026-cı ilin yayına qədər tam tamamlanması gözlənilir.

Avqust ayında Helsinkinin Finlandiya ilə Rusiya arasında tikdiyi hasarın sərhədə mümkün qədər yaxın tikiləcəyi bildirilmişdi.