Moskva Arbitraj Məhkəməsi Rusiyanın keçmiş müdafiə nazirinin müavini Timur İvanovu müflis elan edib və onun aktivlərinin ləğvi prosesinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qərar Promsvyazbank (PSB) tərəfindən verilən iddiaya əsaslanıb. İvanovun təxminən 228 milyon rubl məbləğində borcları, bunun 175 milyonu ödənilməmiş kreditin kreditor tələbləri reyestrinə daxil edilib.
Məhkəmə ilkin olaraq borcların restrukturizasiyası olmadan əmlakın satışı üçün xüsusi proseduru təsdiqləyib. Bu yanaşma, xüsusən də iqtisadi cinayətlərə görə məhkumluğu götürülməmiş şəxslərə aiddir. Timur İvanov əvvəllər istintaq təcridxanasından borclarını etiraf edərək, əmlakının satışına dərhal başlanılmasını xahiş etmişdi.