Almaniyanın vitse-kansleri Lars Klingbeil, sənayeni dəstəkləmək üçün əyalət rəhbərləri və polad sənayesi nümayəndələri ilə federal hökumət zirvəsindən əvvəl Rusiya poladının AB-yə idxalına tamamilə qadağa qoyulmasını təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
"Rusiyadan polad idxalını tamamilə dayandırmalıyıq", - deyə, o, qeyd edib.
Klingbeil, Rusiyada istehsal olunan və AB-də emal edilən, polad təbəqələri və zolaqları istehsalı üçün xammal olan polad lövhələrin hələ də sanksiyalardan azad olmasından narazılığını bildirdi.
19-cu sanksiya paketinin bir hissəsi olaraq, AB Rusiyaya duz, torpaq və sement ixracını qadağan edib.