03 noyabr 2025 18:05
139

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri yaxın vaxtlarda Azərbaycana cavab səfəri edəcəklər.

“İki sahil” Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən beynəlxalq konfransda bildirib.