03 noyabr 2025 17:36
142

Paşinyandan seçkilərlə bağlı açıqlama

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. 

“İki sahil” xəbər verir ki, N.Paşinyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır. Sözügedən seçkilərdə iştirak etmək istəyini həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryan, eləcə də keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da bəyan edib.