03 noyabr 2025 16:33
163

İtaliyadan Ukraynaya növbəti hərbi yardım paketi

İtaliyanın Müdafiə Naziri Ukrayna üçün 12-ci hərbi yardım paketini açıqladı.

“İki sahil” xəbər verir ki,  TASS bu barədə ANSA xəbər agentliyinin məlumatına istinadla məlumat yayıb.

"Biz Kiyevə bacardığımız qədər kömək etməyə davam edirik. Və yaxın gələcəkdə əvvəlki formatda yeni yardım paketi təqdim etmək niyyətindəyik", - deyə o, bildirib.

Daha əvvəl Vladimir Zelenski Almaniyanın Ukraynaya yeni "Patriot" hava hücumundan müdafiə sistemləri göndərdiyini açıqlamışdı.