Böyük Britaniyada 2007-ci ilin "Range Rover"i hərraca çıxarılıb. Premium SUV Kraliça II Elizabetə məxsus olub. Əlahəzrət onu dəfələrlə idarə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Iconic" hərrac saytı məlumat yayıb.
Məlumata görə, avtomobilin 50-60 min funt sterlinqə satılacağı gözlənilir.
Bu "Range Rover" Britaniya brendinin modellərinin lüks versiyalarını istehsal edən Xüsusi Nəqliyyat Vasitələri bölməsi tərəfindən modifikasiya edilib. Avtomobilə minib-düşməyi asanlaşdırmaq məqsədilə xüsusi olaraq kraliça üçün tutacaqlar quraşdırılıb. Kapotun altında 272 at gücünə malik 3,6 litrlik turbodizel V8 mühərriki var. Avtomobil 6 pilləli avtomatik transmissiya ilə təchiz edilib.
Onun yürüş məsafəsi 202.000 km-dir.
Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır
İtaliya Prezidenti: Qəzzadakı sülhlə bağlı ümid qığılcımı Ukraynaya da yayıla bilər