ABŞ Prezidenti Donald Tramp Konqres üzvlərinə ölkənin Venesuela və Kolumbiyaya qarşı əməliyyatının qurudan zərbələr də daxil olmaqla genişləndirilməsi ehtimalı barədə məlumat verəcək.
“İki sahil” xəbər verir ki, bunu "CBS" telekanalına müsahibəsində amerikalı senator Lindsi Qrem deyib.
"Dünən Tramp mənə deyib ki, Asiyadan qayıdandan sonra Konqres üzvlərini Venesuela və Kolumbiyaya qarşı gələcək potensial hərbi əməliyyatlar barədə məlumatlandırmağı planlaşdırır, ona görə də Konqresdə dənizdən quruya mümkün genişlənmə (zərbələrin - red.) ilə bağlı dinləmələr keçiriləcək", - deyə senator əlavə edib.
Sentyabrın 27-də Amerikanın "NBC" kanalı qeyd edib ki, ABŞ ordusu Venesuela daxilində narkotik tacirlərini vurmaq variantları üzərində işləyir, belə zərbələr bir neçə həftə ərzində başlaya bilər, baxmayaraq ki, Tramp hələ heç nəyi təsdiq etməyib.
Şənbə günü Venesuela prezidenti Nikolas Maduro, Amerika liderinin silahlı münaqişələrdə iştirak etməyəcəyinə dair vədlərinə baxmayaraq, Birləşmiş Ştatların Karib hövzəsində yeni müharibə hazırladığını vurğulayıb.
Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır
İtaliya Prezidenti: Qəzzadakı sülhlə bağlı ümid qığılcımı Ukraynaya da yayıla bilər