Böyük Britaniya hərbi rəhbərliyi Almaniya ilə nüvə silahından birgə istifadənin tərəfdarı olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
"Yüksək rütbəli hərbi məmurlar, o cümlədən keçmiş müdafiə qərargah rəisi və NATO-nun baş katibi Britaniyanı Berlinlə yeni müdafiə paktı ilə bağlı danışıqlara başlamağa çağırıblar", - məlumatda deyilir.
Nəşr onu da qeyd edir ki, bu cür təkliflər ABŞ-nin II dünya müharibəsinin bitməsindən sonra olduğu kimi, nə vaxtsa Avropa təhlükəsizliyinin qarantı rolunu dayandıracağı ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb.
"The Daily Telegraph"ın qeyd etdiyi kimi, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb. Böyük Britaniyanın nüvə silahları hazırda Amerikanın Trident II (D5) ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib.
London bu donanmaya taktiki nüvə silahları ilə silahlanmış F35A qırıcılarını əlavə etmək niyyətindədir.
Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır
İtaliya Prezidenti: Qəzzadakı sülhlə bağlı ümid qığılcımı Ukraynaya da yayıla bilər