Finlandiyada vətəndaşlıq almaq üçün tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qanun 2025-ci il dekabrın 17-dən qüvvəyə minəcək.
“İki sahil” xəbər verir ki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasının rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliri olmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslər Finlandiya vətəndaşlığını ala biməyəcəklər. Əgər bir şəxs son iki ildə üç aydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rədd ediləcək.
Bundan əlavə, vətəndaşlıq Finlandiyanın həyati maraqlarını təhdid edən cinayətlərə, o cümlədən terrorizm, satqınlıq və dövlətə xəyanətə görə ləğv edilə bilər. İkili vətəndaşlığı olan şəxslər üçün vətəndaşlığın ləğvi mümkün olan cəza müddəti beş ildən iki ilə endirilib. Həmçinin yalan məlumat verməyə görə vətəndaşlığın ləğv edilməsi də nəzərdə tutulub.
Bu tədbirlər immiqrasiya siyasətinin 2023-cü ildə başlanan daha geniş islahatının bir hissəsidir. Bundan əvvəl Parlament vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini artıq beş ildən səkkiz ilə qədər artırmışdı. Yeniliklər Helsinkidə etirazlara və kütləvi nümayişlərə səbəb oldu.
Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır
İtaliya Prezidenti: Qəzzadakı sülhlə bağlı ümid qığılcımı Ukraynaya da yayıla bilər