Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” “Neftçi”ni qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 71-ci dəqiqəsində “Neftçi”nin yeni transferi Vensan Abubakarın dəqiq ötürməsini İfeanyi Metyu qola çevirib. 81-ci dəqiqədə isə Vensan Abubakar debüt oyununda qol vuraraq fərqi iki topa yüksəldib - 0-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
IX tur
26 oktyabr (bazar)
16:00. “Qəbələ” 0-2 “Neftçi”
Qollar: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”