23 sentyabr 2026 22:54
103

Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik

Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Oyun çətin keçdi.

“İki sahil” xəbər verir ki,  bu sözləri Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu bildirib.

“Hər iki komandanın qol fürsətləri oldu. Lakin Toral Bayramov kimi səviyyəli futbolçunun cərimə zərbəsi matçı dəyişdi. Təəssüf ki, biz əlimizə düşən imkanlardan yararlana bilmədik. Qol imkanlarımızı nəzərdən keçirəcəyik. Bizim də keyfiyyətli oyunçularımız var. Dünən də demişdim ki, 4-5 il əvvəlki Azərbaycan millisi ilə indiki arasında fərq var. Deməzdim ki, rəqib oyunçular məni təəccübləndirdilər. Çünki bilirdik ki, bizi yaxşı komanda ilə oyun gözləyir. Düşünürəm ki, yığmanız D Liqasında olmağa layiq deyil. Ümid edirəm ki, onlar burada xal yığıb C Divizionuna vəsiqə əldə edəcəklər”, - deyə İqor Angelovski vurğulayıb.