"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
“İki sahil” xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Parnu" klubu ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan görüş "Neftçi"nin 80:67 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu sentyabrın 30-da Estoniyada olacaq.
Qeyd edək ki, bu cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik