23 sentyabr 2026 22:12
108

Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

“İki sahil” xəbər verir ki,  Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşıb. "Palms Sports Arena"da oynanılan qarşılaşma yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 58-ci dəqiqədə rəqibin qapıçısı Oleq Baklov vurub.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.