İrlandiyada prezident seçkilərində seçicilərin fəallığı 30%-40% arasında olduğu təxmin edilir.
“İki sahil”in "RTE"yə istinadən verdiyi məlumata görə, yekun rəsmi nəticələr oktyabrın 25-i səhər saatlarında açıqlanacaq.
Yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 01:00) ölkə üzrə 5000-dən çox seçki məntəqəsi bağlanıb.
Seçki qutuları təyin olunmuş məntəqələrə daşınacaq və burada səslərin hesablanması səhər saat 9:00-da (Bakı vaxtı ilə 12:00) başlayacaq.
Seçkilərin nəticələrinin oktyabrın 25-i günortadan sonra açıqlanacağı gözlənilir. Təxminən 3,6 milyon insanın səs verəcəyi gözlənilirdi.
Qazaxıstanda Respublika Günü və Suverenlik Bəyannaməsinin 35-ci ildönümü qeyd edilir