Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına xarici enerjinin bərpa olunduğunu elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb.
"Xarici enerji bir aylıq fasilədən sonra bərpa edilib ki, bu da nüvə təhlükəsizliyinin təmin edilməsində mühüm addımdır", - deyə, MAQATE-nin rəhbəri qeyd edib.
Bundan əvvəl MAQATE Zaporojye Atom Elektrik Stansiyasında Dneprovskaya xəttinin təmirinin başa çatdığını elan edib.