23 oktyabr 2025 19:03
131

Türkiyədə TUSAŞ-da törədilmiş terror aktı qurbanlarının xatirəsi anılıb

Oktyabrın 23-də Türkiyədə Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror hücumu qurbanlarının xatirəsi yad edilib.

“İki sahil” xəbər verir ki, ölkənin müdafiə və aviasiya sahəsində ixtisaslaşmış ən böyük şirkətlərindən birində hücum ötən il oktyabrın 23-də baş verib, nəticədə 5 nəfər həlak olub, 22-si yaralanıb.

Hücum edən PKK terror təşkilatının 2 üzvü hüquq-mühafizə orqanları ilə atışma zamanı zərərsizləşdirilib.

Türkiyə Prezident Administrasiyası şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verərək, terrorizmin bütün təzahürlərini qəti şəkildə pisləyib, Türkiyə cəmiyyətini həmrəyliyə və birliyə çağırıb.