23 oktyabr 2025 14:43
112

Avropa İttifaqı Rusiya diplomatlarının hərəkətini məhdudlaşdıracaq

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində rus diplomatlarının ittifaq daxilində hərəkətinə məhdudiyyətlər qoymaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ nümayəndəsinə istinadla məlumat yayıb. "Növbəti paketin əsas elementi iqtisadi xarakter daşıyır, lakin rus diplomatlarının hərəkətini məhdudlaşdırmaq imkanı da çox faydalıdır", - deyə məlumatda vurğulanır.

Rusiya diplomatlarından Aİ-nin başqa ölkəsinə səfər etməzdən və ya tranzit keçidindən əvvəl xəbərdarlıq etmək tələb olunacaq. Bu qərar Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərinin əməkdaşlarına, o cümlədən inzibati və texniki heyətə, habelə onların ailə üzvlərinə şamil ediləcək.