Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.
Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür.
Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.