04 oktyabr 2025 13:56
302

III MDB Oyunları: Azərbaycanın dörd atıcısı finala vəsiqə qazanıb

Azərbaycanın dörd atıcısı III MDB Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada Ramiz Xəlilov həlledici raunda yüksəlib.

Bundan əlavə, Vladislav Kalmıkov, Leyli Əliyeva, Xanna Əliyeva eyni məsafəyə pnevmatik tapançadan atəş açmada finala adla bilib.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.