24 sentyabr 2026 13:39
109

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb.

“İki sahil” xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.

“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, “Ferrari”nin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.

Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.