24 sentyabr 2026 09:08
79

Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

“İki sahil” xəbər verir ki, kişilərdən ibarət komanda VIII turda Hindistanla üz-üzə gələcək. Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşacaqlar. Yeddi turdan sonra kişilərdən ibarət kollektiv 12 xalla 5-ci, qadınlardan ibarət milli isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.