Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.
“İki sahil” xəbər verir ki, Xankəndi şəhər stadionunda bu gün qadınlar və kişilərdən ibarət komanda, həmçinin qarışıq komanda (1 qız və 1 oğlan) yarışları keçiriləcək.
1/4 mərhələdə Azərbaycanın kişilərdən ibarət komandası Özbəkistan komandası, qızlardan ibarət komandamız isə Tacikistan komandası ilə yarışacaq. Qarışıq komandamız Qazaxıstan idmançıları ilə mübarizə aparacaq
Bu gün hər iki yarışların yarımfinal mərhələsi də keçiriləcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər