UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu günü "Bakı Metropoliteni" QSC-dən 802 min 813 sərnişin istifadə edib.
“İki sahil” QSC-dən verilən məlumata istinadən xəbər verir ki, metronun “Gənclik” stansiyası 73 min 25 sərnişin daşınması ilə bu il ilk dəfə günün lideri olub.
Daha əvvəl stansiya üzrə səfər sayı yalnız bir dəfə - 15 sentyabrda, 70 mini ötüb (70 843 sərnişin).
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər